Ehtiyat hissələri üzrə anbardar

  • Group Motors
  • Elanın qoyulma tarixi: 06.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Ehtiyat hissələri üzrə anbardar” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• · Professional və tez xidmət göstərmək;
• · Anbara mıdaxil olunmalı hissələri vaxtında etmək;
• · Sənədləşmə prossesi dəqiqliklə təmin etmək;
• · Anbarda olan malları düzqün formada yerləşdirmək;
• · Anbarda olan malların programmda qöstərilen yerlərində olunmasını daimi yoxlamaq;
• · Lazım olan ehtiyat hissələrini təklif etmək;
• · Lazım olan ehtiyat hissələrinin anbarda varlığından əmin olmaq;
• · Ustalara kömək edərərək lazımi ehtiyat hissəsini müəyyənləşdirmək;
• · Şirkətin bütün əməkdaşları ilə birgə çalışaraq müştəri məmnuniyyətinə nail olmaq;
• · Müştərilərlə əlaqə saxlayaraq ehtiyat hissələri barədə razı olub-olmamaqlarını daima izləmək;
• · Departamentin səmərəli işləməsinə kömək etməli və müvafiq təkliflər vermək;
• · Ehtiyat hissələri kataloqundan istifadə etməklə ehtiyat hissələrinin və akssessuarların satışı və nümayişi üçün texniki məlumatlara müraciət etmək;
• · Ehtiyat hissələrinin qəbulu və sifarişi prosesində lazımi köməkliyi göstərmək;
• · Ehtiyat hissələrinin yerində olmamasının - (back order) - qeydiyyatını aparmalı və statusunu tez-tez yoxlamalıdır və aidiyyatı şəxlərə məlumat vermək;
• · Kompyuterdən istifadə edərək ehtiyat hissələrinə olan tələbatı izləməli və yoxlamaq;
• · Ehtiyat hissələri resursundan (kataloq, mikrofiş və s) istifadə edərək ehtiyat hissələrinin və aksessuarların mövcudluğu barədə məlumat əldə etmək;
• · Bütün sənədlərin (iş kartları, xüsusi sifarişlər, back order və s.) lazımi informasiya ilə düzgün doldurulmasında köməklik etmək;
• · İnventarizasiya nəzarəti aparmalı və buna sərf olunan vaxta və aşkarlanan çatışmazlıqlara görə məsuliyyət daşımaq;
• · Ehtiyat hissələrinin qəbulu zamanı üst qutuları açmalı və ehtiyat hissələrinin vəziyyətini və düzgünlüyünü yoxlamaq;
• · Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

• · Yaş: 22-35;
• · Ali təhsil;
• · Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
• · MS Office proqramlarında işləmə bacarığı;
• · Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• · EPC də (ehtiyat hissələrinin elektron kataloqu) ilə işləmə bacarığı;
• · Avtomobil alətlərinin bilməsi;
• · Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• · Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• · Stres altında işləmə qabiliyyəti;
• · Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• · Fəal və işə planlı yanaşma.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Ehtiyat hissələri üzrə anbardar" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər