Əsas müştərilərlə iş üzrə menecer

  • Smarton MMC
  • Elanın qoyulma tarixi: 06.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: Smarton MMC

Vəzifə: Əsas müştərilərlə iş üzrə menecer

Vəzifə öhdəlikləri:

• satış nöqtələrini ziyarət etmək və qarşıya çıxan müvafiq məsələləri həll etmək
• sifarişlərin seçilməsində və yerləşdirilməsində iştirak etmək
• satış hesabatlarını dəqiq şəkildə hazırlamaq
• xarici partnyorlarla yazışmaları aparmaq
• şəbəkələr üzrə qiymət analizini aparmaq
• şəbəkələr üzrə məhsulların satışını stimullaşdırmaq məqsədilə aksiyalar müəyyən etmək
• mağazada işçilərin bilik səviyyəsini yoxlamaq, lazım gəldikdə təlimlərin keçirilməsi haqqında təkliflər vermək

Tələblər:

• İqtisadiyyat, riyazi və ya texniki sahədə ali təhsil mütləqdir;
• Analitik biliklərinə güvənən, universiteti öz zəhməti və təhsili ilə yüksək nəticə ilə başa vurmuş və ya bu sahədə müəyyən təcrübəsi olan namizədlər;
• Təkliflər irəli sürmə, qərar qəbul etmə, tez adaptasiya olan, müştərilərlə keyfiyyətli ünsiyyət qura bilən
• Azərbaycan dilini səlis, ingilis dili “intermediate” səviyyədə bilmək. (rus dili üstünlükdür)

Əmək haqqı və iş şərtləri:

• Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq müsahibə zamanı müəyyənləşir.
• İş qrafiki həftədə 5 gün olmaqla 1-5 günlər 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində "Əsas müştərilərlə iş üzrə menecer" qeyd olunması xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmayacaq.
Növbəti mərhələdə yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.