Analitik

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 05.08.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Analitik

Vəzifə öhdəlikləri:

 Məhsullar üzrə analizlər aparmaq;
 Satış plan-faktının hesabatını hazırlamaq;
 Satış proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
 Məhsul qalığı, satış komandası, istehsalçı və ərazi satışları haqqında məlumatların tələb olunan təhlil formasında yığılması və hazırlanması;
 Satış faktının gündəlik olaraq çıxarılması, satış komandası üçün gündəlik təhlil hesabat formasının yaradılması ;
 Gündəlik olaraq satış komandasının firmalar üzrə reytinqinin düzəldilməsi və geri qalan əməkdaşların qeyd olunması və şöbə müdirinə təqdim edilməsi;
 Hər ay aylıq satış təhlillərinin çıxarılması;
 Hər ay firmalar, regionlar, satış kanalları və satış komandası üzrə satış planlarının hazırlanması.

Namizədə tələblər:

 İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
 Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi
 Analiz etmə bacarığı
 Dəqiqlik və diqqətlilik
 1C (arzu olunandır) və Exel proqramından əla istifadə bacarığı;
 Korporativ satış təcrübəsi olanlara üstünlük veriləcək.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət;
 Əmək haqqı: Namizədlə görüş zamanı müəyyən ediləcək.
 Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti şirkət tərəfindən təmin ediləcək.

Qeyd: olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Analitik” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.