Backend Developer

İşin təsviri

AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin İT komandasına Backend Developer axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Backend Developer
Departament: İnformasiya Texnologiyaları
Tabeçilik: Departament direktoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün son tarix: 30.07.2019

Vəzifə öhdəlikləri:

- Səlis, oxunaqlı və test oluna bilən kod yazmaq;
- Proqram təminatında yaranan problemlərə vaxtında reaksiya vermək;
- Yaradıcı düşünmək və davranmaq;
- Fərdi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmək;
- Komandada işləmək bacarığına sahib olmaq.

Namizədə qoyulan tələblər:

- Yüksək səviyyədə Java proqram dil biliyi;
- Spring Framework, Hibernate biliklərinin vacibliyi;
- J2EE üzrə işləmə bacarığı;
- SQL və ORM biliklərinin vacibliyi;
- REST API ilə iş təcrübəsi;
- JSP, EJB, XML, X Query, XSL ilə işləmə bacarığı;
- Unit Test ilə iş təcrübəsi;
- İnformasiya Texnologiyaları ixtisası və ya texniki sahə üzrə bakalavr təhsili;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

CV-ni “Backend Developer” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.