Kommersiya meneceri

  • Qala Group
  • Elanın qoyulma tarixi: 22.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kommersiya meneceri

Vəzifələr

- Şirkətin Satış siyasətinin müəyyənləşdirilməsi
- Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək.
- Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
- Ayrı-ayrı mal qrupları üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq
- Həftədə bir dəfə işlərin gedişatı haqqında departament direktoruna hesabatın verilməsi
- İşlərin düzgün istiqamətdə qurulub, inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin hazırlanması
- Satış istiqamətinə aid olan sahələrin fəaliyyətinin yüksəldilməsini təmin edəcək təkliflər paketi hazırlanması, rəhbərliklə razılaşdırdıqdan sonra tətbiq edilməsi istiqamətində müvafiq işlərin görülməsi
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
- Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək
- Kreativ (yaradıcı) satış taktikaları və siyasətləri hazırlayıb rəhbərliklə razılaşdırdıqdan sonra həyata keçirilməsi
- Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
- Digər departamentlərlə / bölmələrlə birgə məhsulun istehlak keyfiyyətlərinin yaxşılaşdırılması və satışın stimullaşdırılması məqsədi ilə onun texniki, iqtisadi və digər xüsusiyyətlərinin dəyişdirilməsi üzrə təkliflirlərin hazılanması
- Satış sahəsində cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsinə nəzarət edilməsi, ayda bir dəfə plan və hesabatların Şirkətinin direktoruna təqdim olunması
- Satış işinin planlaşdırılması ilə bağlı məsələlərə dair rəhbərliyə təkliflərin verilməsi

Tələblər

- İş təcrübəsi: kommersiya üzrə minimum 2 il
- Dil bilikləri: Azərbaycan, rus, ingilis
- İşgüzar danışıqları aparma qabiliyyəti olmalı
- Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik və ünsiyyətcil olmalı
- Komanda ilə işləməyi bacarmalı
- Qarşısına qoyulan hədəfləri yerinə yetirməli
- MS ofis proqramlarından peşəkar istifadə təcrübəsi

Qeyd olunmuş yerə məsləhət gördüyünüz şəxslər varsa, CV-lərini [email protected] göndərməyi xahiş olunur.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar