İşə qəbul mütəxəssisi

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 11.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: İşə qəbul mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 23-30 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Strukturlardan daxil olan işçi tələbinin analizi, kriteriyaların müəyyənləşdirilməsi
- Verilən elanlar nəticəsində şirkətin bazasına daxil olan CV-lər və müraciətlərin kateqoriyalara görə sinifləndirilməsi və uyğun namizədlərin seçilməsi
- İş elanları hazırlayaraq internet protalında, sosial şəbəkələrdə, işə qəbul agentlərin saytlarında yerləşdirərək onlarla əlaqə qurmaq
- Namizədlərlə görüşərək ilkin müsahibələrin aparılaraq səriştələrini müəyyən edilməsi, aidiyyatı testlər apararaq cavabların analizi, referansların yoxlanılması və Nəticələrin iş tələbinə uyğun qarşılaşdırılması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- Daxili dəyərləndirmə nəticəsində İşçilərin testlərə tabe tutulması və müsahibələrin aparılması
- İşə yerləşdirmə zamanı lazımı strukturlara işçinin ilkin məlumatlarının göndərilməsi
- CV qovluqlarının yaradılması, digər sənədləşmə işlərinin aparılması, sənədlərin arxivlənməsi
- Məlumatların excel bazasında yığılması, uçotun aparılması

Tələblər:

- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

İş şəraiti:

- 6 günlük iş həftəsi
- İş vaxtı: 08:00 -17:30
- Nahar yeməyi şirkət tərəfindən verilir
- İşçi AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.

Əmək haqqı namizədə görə təyin olunacaq

Uyğun namizədlər cv formalarını [email protected] e-mailinə başlıq “işə qəbul mütəxəssisi” yazmaqla göndərə bilərlər.