Qeydiyyatçı köməkçisi

İşin təsviri

Vəzifə: Qeydiyyatçı köməkçisi
Kateqoriya: Turizm və otelçilik
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr
Tələb olunan ixtisas: Turizm və Otelçilik
Dillər Səviyyə
Azərbaycan Ana dili
İngilis Orta səviyyədən yuxarı
Rus Orta səviyyədən yuxarı

Öhdəliklər:

- Qonaqlar gələrkən onları səmimi şəkildə qarşılamaq və mehmanxana standartlarına uyğun formada onlarla rəftar etmək;
- Qonaqların razı qalmasını təmin etmək üçün yüklərin otaqlara vaxtında çatdırılmasına kömək göstərmək;
- Qonaqları öz otaqlarına qədər müşayiət etmək;
- İlkin olaraq qonaqlara mehmanxana xidmətləri barədə izahat vermək;
- Yük saxlanılan otağı təmizlik və səliqəliliyini qoruyub saxlamaq.

Tələblər:

- Mehmanxana/Restoranla bağlı işlərdə ixtisaslaşma üstün tutulur;
- Sürücülük vəsiqəsi olan namizədlərə üstünlük veriləcək;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərə bilmək bacarığı;
- Kollektiv daxilində işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət dinləmə bacarıqları.

Əlaqə : [email protected]