Database Administrator

  • Elanın qoyulma tarixi: 08.07.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Database Administrator

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin təsviri:

1. Tələb olunan verilənlər arxitekturasının başa düşülməsi və müəyyənləşdirilməsi
2. Biznes mühitinə uyğun şəkildə verilənlər bazası strukturunun tərtib olunması.
3. Avtomatlaşdırılmış həllərin tərtib olunması və inkişaf etdirilməsi (prosedurlar, triqqerlər, skalyar funksiyalar və s.)
4. Digər bölmələrdən gələn tələblərin müəyyən olunması və ETL proseslərinin qurulması üçün digər komandalarla iş birliyi
5. Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi
6. Ad-hoc hesabatların yazılması, verilənlərin çıxarılması
7. Developer komandasına T-SQL sorğuların yazılması və optimallaşdırılmasında dəstək göstərilməsi
8. Development, QA və Production mühitini izləmək üçün günlük tapşırıqların yerinə yetirilməsi
9. ETL paketlərin tərtib olunması, saxlanılması və köçürülməsi
10. Performans problemi baş verdikdə server konfiqurasiyasında və ya indeks/sorğu üzərindəki dəyişikliklər də daxil olmaqla performansın artırılması üçün ən optimal həllin seçilməsi
11. Real çalışdırılan sistemlərə uyğun olaraq test mühitinin təmin olunması
12. Mövcud biznes mühitinə uyğun yeniliklərin araşdırlıb test və real sistemlərdə tətbiq olunması
13. Dəyişiklikləri sənədləşdirmək və SVN -ni tanımaq

Tələb olunan bilik və bacarıqlar:

• MS SQL 2014/2016/2017 üzrə 1 ildən artıq iş təcrübəsi
• Verılənlər bazası obyektlərinin yaradılması
• Verilənlərin tamlığının, əlçatanlığının təmin olunması
• Verilənlər bazalarının ehtiyat nüsxələrinin çıxarılması və davamlılığının yoxlanılması
• Kodun yazılması zamanı SQL injection kimi təhlükəsizlik problemlərinin nəzərdə saxlanılması
• Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi
• SQL Server Integration Services (SSIS), SQL Server Analysis Services (SSAS) üzrə biliklər
• Sorğular üzrə performans tuningin edilməsi
• Verilənlər bazası sistemlərinin monitorinqi və optimallaşdırılması
• Azure Cloud və Azure Services üzrə biliklər
• Texniki ingilis dili bilikləri

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Ümumi nəqliyyat xidməti;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00 - 18:00 və ya 08:00 -17:00

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Database Administrator (DBA)” yazmaqla müraciət edilir.