Bölmə Aşpazı (CDP)

İşin təsviri

Şöbə: Mətbəx
Vəzifə:  Bölmə Aşpazı (CDP)
Şirkət: Boulevard Hotel Company LLC
Ünvan: Azərbaycan, Bakı ş, Xəqani Rüstəmov küç 4 C
Son tarix: 05.08.2019

İşin təsviri

• Yeməklər və qida məhsullarının tələb edilən standarta müvafiq olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
• Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
• İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
• Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək.
• Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
• Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.
• “Biz bir komandayıq!” şüarı altında digər şöbələrlə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək.
• Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
• Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməyə çalışmaq.

Namizədə olan tələblər

• Bölmə Aşpazı kimi 2-3 il iş təcrübəsinə malik olmaq;
•  Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
• Azərbaycan yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq, İngilis dilini bilənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Bölmə Aşpazı (CDP)” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 05.08.2019-dək  göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Əlavə məlumat üçün: www.boulevardhotelbaku.com