Vəzifə: SƏTƏM mühəndisi
İş barədə məlumat
• Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələrin istehsalda tətbiqi;
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət;
• İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili;
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak;
• İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili;
• İş yerinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasının təşkili;
• Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətinin və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak;
• İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hərbir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyinmühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik göstərilməsi;
Tələblər
• Ali təhsil və SƏTƏM üzrə müvafiq sertifikatlar;
• Müvafiq sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
• Microsoft Ofis proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcək;
• Yaş 30 – 50 arası;
Əmək haqqı: 1000-1500 AZN
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə: 10:00 – 16:00
İş yeri Xırdalan dairəsində yerləşir. Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “SƏTƏM mühəndisi” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.