Hüquqşünas (Şəmkir)

İşin təsviri

Hüquqşünas (ŞƏMKİR)

Şirkətin adı: “Zəyəm Texnologiyalar Parkı”ASC
Vakansiya:   Hüquqşunas
İş yeri:          Azərbaycan, Şəmkir rayonu, Zəyəm qəsəbəsi
Əmək haqqı : Razılaşma yolu ilə

İş şəraiti

- 5 günlük iş həftəsi, bazar ertəsi-cümə günü: saat 08:00-17:00
- Nahar fasiləsi: 12:00 - 13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
- Ehtiyacı olanlar müəssisənin yataqxanası ilə təmin edilir.

Əsas vəzifə

• Müəssisədə hazırlanan əmrlərin, təlimatların, əsasnamələrin, standartların və digər normativ xarakterli sənədlərin layihələrinin hüquqi ekspertizasını həyata keçirmək və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etmək;
• Müəssisənin hüquqi və qanuni maraqlarını məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiə etmək;
• Müəssisənin müqavilə işlərinin aparılması və müqavilə layihələrinin hazırlanması;
• Tərəfdaşların şirkətə təqdim etdiyi müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
• Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi;
• Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
• İşçilərə müxtəlif hüquqi məsələlərlə bağlı yazılı və şifahi məsləhətlər verir, hüquqi sənədlərin hazırlanmasında peşəkar (hüquqi) yardım göstərir.

Tələblər

• Müvafiq ixtisas üzrə ali təhsil;
• İxtisas üzrə minimum 3-5 il iş təcrübəsi;
• Kompüter bilikləri - MS office proqramları;
• Dil bilikləri – Azərbaycan, Rus və İngilis dili.

Müraciət üçün son tarix: 20 İyul 2019

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını (Hüquqşünas) emaildə MÖVZU (SUBJECT) bölməsində göstərin.