İT Sistem Adminstratoru

İşin təsviri

İT Sistem Adminstratoru

MKT-İK MMC (Pambıq müəssisəsi) İT Sistem Adminstratoru vakansiyasına işçi axtarır.

Vəzifə öhdəlikləri:

- Windows əməliyyat sistemlərinin administrasiyası;
- Linux əməliyyat sistemlərinin administrasiyası (baza bilikləri);
- Fiziki serverlərin administrasiyası;
- Virtualizasiya sistemlərinin administrasiyası (Hyper-V, VMware);
- Fayl sisteminin administrasiyası;
- Poçt sisteminin administrasiyası;
- Yaddaş qurğularının administrasiyası;
- Backup sistemlərinin və prosedurlarının administrasiyası;
- Şirkətin istifadəçi icazələrinin idarə olunması;
- Şirkətin İT prosedurlarının yaradılmasında iştirak etmək və əməl etmək;
- İT təhlükəsizliyinə tam riayət olunması;
- Sistemin və edilən dəyişikliklərin dokumentasiyası;
- Görülən işlərin maksimum avtomatlaşdırılması;
- Təcili problem olduğu halda 24/7 sistemə qoşulub problemin həll olunması.

Tələblər:

- Windows ailəsinin əməliyyat sistemləri üzrə dərin biliklər, Active Directory, DNS, DHCP, IIS;
- Linux bilikləri;
- Virtualizasiya Hyper-V, Vmvare;
- Exchange, Office365 və digər Mail Server bilikləri;
- Backup avadanlıqlar və proqramlar;
- Yaddaş və server avadanlıqları ilə işləmək;
- İngilis dilində İT dokumentasiyasını oxumaq və texniki dəstək xidməti ilə danışıqlar aparmaq;
- Böyük İT infrakstrukturda işləmək bacarığı;
- Planlı işləmək və analitik düşünmə qabiliyyəti mütləqdir.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:CV –ni Azərbaycan dilində  [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Sistem Adminstratoru” yazmaqla müraciət edilir. 

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar