Layihələr üzrə mütəxəssis

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 27.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda baş ofisin Strateji layihələr şöbəsində Layihələr üzrə mütəxəssis vəzifəsi üzrə işçi qəbulu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

İşin qısa təsviri:

Maraqlı tərəflərin görüşlərini təşkil və həmin görüçlərdə iştirak etmək. Görüş zamanı əhəmiyyətli məsələlər və qərarları sənədləşdirərək izləmək. Layihə icrasının son tarixini təmin etmək.

Əsas vəzifə və öhdəlikləri:

1. Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların ,Prosseslərin,Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
2. Layihələrin keyfiyyətə, zamanına, büdcəsinə və risklərinə nəzarət etdir;
3. Sifarişçilərlə kommunikasiya planlarını, müddəti, tələbləri, bədcəni razılaşdırır;
4. Layihə və texniki sənədləşməni aparır (təqvim planlarının, texniki tapşırıqların, maliyyə hesabatların və s.)
5. Xidmət satışlarında və müqvilələrində tərtib edilməsində və bağlanmasında iştirak edir;
6. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali  Təhsili;
2. Layihələrin idarəedilməsi üzrə ən azı 1 il təcrübəsi olmalıdır;
3. Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilməlidır;
4. Layihə üzullarını bilməlidir;
5. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
6. İdarəetmə, planlama, standartlar, texniki tələblər, layihələrin və prosesslərin idarəetməsi sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
7. Kompüter bilikləri üzrə: MS Office (word/excel), Outlook və MS Project programlarını mükəmməl bilməlidir;
8. Təqdimat və təşkilatçılıq bacarıqlara malik olmalıdır.

Şəxsi keyfiyyətlər:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı;
• Məqsədyönlü, fəal, stresslərə davamlı olmalıdır.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və yüksək karyera imkanları.

Aztelekom” MMC rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır.

Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini [email protected] e-ünvana göndərsinlər. CV-də maaş gözləntisini qeyd etməyinizi xahiş edirik.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Layihələr üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşəgötürənin reytinqi