Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Satış (Sales) və Ticari Marketinq (Trade Marketing) proseslərin araşdırılması üzrə analitik.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi
Təhsil: Ali iqtisadi təhsil
Yaş həddi: 30 - 40 yaş
Vəzifə öhdəlikləri:
- Satış və satışdan sonra olan proseslərə nəzarət
- Satış təhlilləri və müştərilərin potensialına görə satış proqnozları
- Silinmə proseslərinin optimallaşdırılması, tədbirlər planının hazırlanması
- Müştərilərin alış potensialının ölçülməsi və sinifləndirilməsi, təkliflər paketinin hazırlanması.
- İstifadə müddətinə az qalmış məhsullara nəzarət edərək sistemin təkmilləşdirilməsi
- Saf qaytarma, müqavilə şərtləri, rəf payları proseslərinin təkmilləşdirilməsi
- Ticari Marketinqlə əlaqədar proseslərin icması.
Tələblər:
- Ali iqtisadi təhsil
- Excel bilikləri yüksək səviyyədə olmalı
- Dil bilikləri (rus, ingilis) mütləqdir
- Müvafiq sahədə ən az 3-5 il iş təcrübəsi olmalı
- Analitik düşüncə
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış və Ticari Marketinq proseslərin araşdırılması üzrə analitik” yazaraq CV göndərməklə müraciət edilir.