İşəgötürən: Grand Motors MMC
Vəzifə: İnsan resursları üzrə mütəxəssis
Əmək haqqı: 800 AZN
İşin təsviri:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, əmək müqavilələrinin bağlanması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı sənədləşmənin yerinə yetirilməsi
- İşçilərin şəxsi işlərini formalaşdırılması, arxivləşdirilməsi və 1C ERP proqramında qeydiyyatının aparılması
- Məzuniyyət, ezamiyyə proseslərinin rəsmiləşdirilməsi
- Aylıq uçot tabellərinin hazırlanması və mühasibatlığa göndərilməsi
- İş yerindən arayışlar, digər təyinatlı arayışların hazırlanması
- Sənədlərin qeydiyyata alınması və arxivləşdirilməsi
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi
- İş yeri Aşağı Güzdək qəsəbəsində yerləşir (20 Yanvar metrosundan servis var)
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə ən azı 2-3 il iş təcrübəsi
- Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili üstünlükdür
- Əmək qanunvericiliyini yaxşı səviyyədə bilməlidir
- MS Office proqramları ilə işləmək bacarığı
- Fərdi və kollektivdə işləmə qabiliyyəti
- Cinsiyyət: kişi
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected] ünvanına mövzu yerində “İR mütəxəssis” yazaraq göndərə bilərlər.