Xaçmaz Rayonu Yalama qəsəbəsində 523 ha ərazidə ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarla təmin olunmuş, müassir suvarma sistemi ilə növbəlilik əsasında əkin işlərinini , damazlıq heyvandarlığı, yem və süd istehsalını özündə birləşdirən ölkənin ən böyük Aqroparkı olan “Yalama Aqropark” MMC “Elektrik mühəndisi” vakansiyasını elan edir. (Yaşayış yeri və gündəlik qidalanma Şirkət tərəfindən təmin edilir)
Əmək funksiyaları
Elektrik qida qurğularının, UPS-lərin, Dizel generaratorlarin, kabellərin, elektrik xəttlərinin və digər enerji avadanlıqlarının işlək vəziyyətinin təmini, quraşdırılması və sazlanmasi
Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılması
Aşkar olunmuş nasazlıqların aradan qaldırılması
Görülən işləri prosedur və təlimatlara uyğun görülməsi
Elektrik avadanlığının yüklənməsinin tənzimləmək;
Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərinin yerinə yetirilməsi;
Elektrik avadanlıqlarını işə salmaq və dayandırmaq, sadə ölçüləri aparmaq;
Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə məsuliyyətlə yanaşmaq;
Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik və mülkü-müdafiə qaydalarına riayət etmək;
Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanması
Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
Tələblər
Energetika sahəsi üzrə 2 il iş təcrübəsi
Texniki sahədə ali təhsil
MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki
09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini [email protected] elektron ünvanına mövzu yerində “Elektrik mühəndisi” qeyd etməklə göndərə bilərlər.