Topoqraf (Səlyan rayonu)

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 23.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşəgötürən: “Ramco” MMC

Vəzifə: Topoqraf (Səlyan rayonu)

Əmək haqqı : 1000 - 1200 AZN

İşin təsviri:

– Layihə çizgilərinin və çertyojların oxunması;
– Topoqrafik planlama işlərinin görülməsi və layihənin naturaya köçürülməsi;
– Geodeziya ölçmə işlərinin həyata keçirilməsi;
– Rəhbərliyin göstərişinə əsasən digər layihələrə ezamiyyətlər;
– Alətlə ölçülə bilən iş həcmlərinin hesablanması və icra sxemlərinin hazırlanması;
– İşin gedişatı ilə bağlı əlavə iş saatlarında vəya istirahət günlərində qalıb işləmək;
– İş yeri Səlyan rayonunda yerləşir;

Tələblər:

– İnşaat sahəsi üzrə ali təhsil (Geodeziya-Kartoqrafiya sahəsi üzrə təhsil alanlara üstünlük verilir);
– Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.), AutoCad Civil 3d arzuolunandır ;
– Geodeziya avadanlıqları ilə sahədə sərbəst işləməli(Taxeometr, Nivelir, GPS);
– Mövcud sahə üzrə minimum 3 il iş təcrübəsi;
– Sürücülük vəsiqəsi olması arzuolunandır;
– Subordinasiya qaydalarına ciddi riayət etməli, nizam-intizamlı olmalı, verilən tapşırıqları operativ və dəqiq yerinə yetirməlidir;

İş qrafiki:

- Bazar ertəsi – Şənbə:  8:00  - 18:00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Topoqraf” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.