Daxili Nəzarət Şöbəsinin Rəisi

İşin təsviri

Daxili Nəzarət Şöbəsinin Rəisi

MKT-İK MMC (Pambıq müəssisəsi) Daxili Nəzarət Şöbəsinin Rəisi vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

 Regionlarda yerləşən müəssisələrdə daxili nəzarətin həyata keçirilməsi,
 Cəmiyyətin mövcud siyasət, prosedur və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirir;
 Cəmiyyətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu və yayınmaları qiymətləndirir;
 Daxili tədqiqatların aparılması: Qanun pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması,
 Baş verən qanun pozuntularının aradan qaldırılması üçün təkliflər irəli sürülməsi.
 Qanunvericiliyin, habelə daxili qayda, prosedur və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
 Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
 Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
 Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyinə təkliflər verir.

Tələblər

• İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
• Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət  sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı, rus və ingilis dillərində sərbəst ünsiyyət qurma;
• Microsoft Office və digər proqramlar.
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30  

Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində  [email protected]  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Nəzarət Şöbəsinin Rəisi” yazmaqla müraciət edilir.