Sex rəisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 17.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.

Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.

Vakansiya: Sex rəisi

Vəzifə öhdəlikləri:

 Sexin işinin təşkili və idarə edilməsi.
 İstehsal texnologiyasını (avadanlıqların texniki göstəricilərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək;
 Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq;
 Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
 Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək;
 Aylıq qoyulan istehsal planını icra etmək;
 İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək.

Namizədə tələblər:

 Ali Təhsilli 
 Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi; 
 Təşkilati və analitik bacarıqlar; 
 Microsoft office proqramlarından istifadə bacarığı.

İş şərtləri:

 Həftədə 6 iş günü, 1 gün istirahət; 
 Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; 
 Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir.
 İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
 İşçilərin daşınması üçün servis xidməti var.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.