Struktur bölmə : Mühasibatlıq şöbəsi
Vəzifə : Kiçik mütəxəssis-mühasib
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 23 iyun 2019-cu il
Əsas vəzifə öhdəlikləri:
1. Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
2. Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
3. Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
4. Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
5. Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
6. Məzənnə fərqlərini hesablamaq və mühasibatlıq sistemində əks etdirmək;
7. Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
8. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Mühasibatlıq üzrə minimum 6 ay iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası : Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisasları üzrə ali təhsil tələb olunur
Dil bilikləri : İngilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri : MS Office (Excel yaxşı səviyyədə olmaqla).
Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsi, ACCA sertifikasiyası üstünlükdür
Fərdi keyfiyyət tələbləri :
Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, problem həlletmə, keyfiyyət yönümlülük
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 942
Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.