Keyfiyyətə nəzarət üzrə mütəxəssis
İş barədə:
• Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərin hazırlanması,
• Daxili əmək nizamı qaydalarına nəzarət,
• Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
• Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək, 
• Keçirilmiş daxili audit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq keyfiyyətə nəzarət üzrə işdə iştirak etmək,
• İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.
Tələblər:
• Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
• Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
• Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
• İş təcrübəsi (min. 1-2 il)
• Yaş həddi – 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Keyfiyyətə nəzarət üzrə mütəxəssis" yazmaqla [email protected] ünvanına göndərə bilərlər.