İnsan Resursları üzrə Mütəxəssis

  • Grand Agro MMC
  • Elanın qoyulma tarixi: 10.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Grand Agro MMC –nin  əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, Abşeron yarımadasında istixana sistemlərinin qurulması və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

Əlavə məlumat

- Şirkət Qala qəsəbəsində yerləşir , İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (28 May və Koroğlu metrosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi korporativ nömrə ilə təmin edilir , Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı razılaşma yolu ilə, Qanunvericiliyin tələbinə uyğun olaraq tam rəsmiləşdirmə

Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis

Vəzifə öhdəlikləri

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi  ilə bağlı sənədləşməni yerinə yetirir
• İşçilərin şəxsi işlərini formalaşdırıır,arxivləşdirilməsini həyata keçirir və daxili ERP proqramında qeydiyyatını aparır
• Məzuniyyət, ezamiyyə proseslərinin rəsmiləşdirilməsini həyata keçirir
• İş yerindən arayışlar, digər təyinatlı arayışların hazırlanmasını həyata keçirir,
• İş analizlərinin keçirilməsində, Vəzifə təlimatlarının hazırlanmasında iştirak edir
• Təlim ehtiyaclarının müəyyən edilməsində, təlimlərin təşkilində iştirak edir.
• İşçilərin İllik və yarımillik performans dəyərləndirilməsində iştirak edir
• Şirkətdaxili tədbirlərin təşkil edilməsində iştirak edir,

Tələb olunan təhsil və biliklər:

• Ali təhsil
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
• Səlis ünsiyyət qurmaq bacarığı (həm şifahi, həm yazılı)
• Dil bilikləri: Azərbaycan dili – səlis,  Rus dili  və İngilis dili yaxşı
• İşi planlaşdırma və təşkil etmə bacarığı
• Fərdi və kollektivdə işləmə qabiliyyəti
• Əmək qanunvericiliyi üzrə biliklər
• MS Office proqramları ilə işləmək bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini  [email protected]  elektron ünvanına mövzu yerinə “İR Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi