İnsan Resursları üzrə Rəhbərin köməkçisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 07.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “İnsan Resursları üzrə Rəhbərin köməkçisi” vakansiyası elan edir:

Namizədə dair əsas tələblər:

• Yaş: 22-dən yuxarı.
• Təhsil: Ali.
• Azərbaycan , rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək.
• MS Office (Excell, Word, Power Point) kompüter proqramlarını mükəmməl səviyyədə bilmək.
• İR sferasında 1-3 il iş təcrübəsi arzu olunandır.
• Yüksək ünsiyyət qurmaq bacarıqları.

Əsas vəzifə və öhdəliklər:

• İşçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin məlumatlar bazasının doldurulması;
• İşçilərin şəxsi işlərinin hazırlanması;
• İşçilərin davamiyyəti cədvəlləriniə nəzarət edilməsi;
• İşçi bazasının yaradılması və CV-in arxivləşdirilməsi;
• Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• Həftəlik və aylıq hesabatların hazırlanması;
• Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət;
• Əmək müqavilələrinin və xidmətlər göstərilməsi haqqında mülki-hüquqi müqavilələrinin tərtib olunması, onlara müxtəlif əlavə razılaşmaların, bildiriş məktublarının hazırlanması;
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, haqqında və s.)

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Rəhbərin köməkçisi” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.