İT Dəstək Üzrə Təcrübəçi

İşin təsviri

Vəzifə: İT Dəstək Üzrə Təcrübəçi
Şirkət: PITS MMC
Ölkə: Azərbaycan
Ünvan: Salyan şosesi 32, Səbail rayonu, Bakı şəhəri

PITS Məlumatların bərpası, İT Audit, İdarəolunan İT Xidmətlər, Məlumatların Məhvi, İT Təhlükəsizlik xidmətləri, İT layihələrin  idarəsi və s. kimi xidmətləri əhatə edən geniş müştəri portfeli olan qabaqcıl İnformasiya Texnologiyaları Şirkətidir. Təməli Azərbaycanda qoyulan PITS-in Gürcüstan, Türkiyə və Almaniyada filialları fəaliyyət göstərir. Dünyanın qabaqcıl ölkələrinin İT şirkətləri ilə əməkdaşlıq münasibətləri yaradan PITS texniki dəstək üzrə sayılı müqavilələr imzalayaraq bu şirkətlərin zəngin təcrübə və biliklərinə yiyələnməyə müvəffəq olmuşdur.

Hazırda PITS-də Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər yaxın sahələrdə peşəkar olmaq niyyətində olan IV kurs və magistratura tələbələri üçün Yay Təcrübə Proqramı 2019-a start verilir. Proqramın davam etdiyi müddətdə seçilmiş təcrübəçilər ixtisaslı kollektivin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər, yeni bilik və bacarıqlara yiyələnəcəklər.

Tələb olunan bilik və bacarıqlar:

• Texnologiyaya maraq və yenilikçi olmaq niyyəti
• Detallara diqqət və dərin yanaşma
• Tənqidi düşüncə və problemin qısa zamanda həlli bacarığı
• Dinləmə, sənədlərlə işləmə bacarığı
• İngilis və Azərbaycan dillərində ünsiyyət (şifahi və yazılı)
• Windows  Əməliyyat Sistemləri
• Windows Serverlərinə dair ilkin biliklər
• Email Protokolu
• Şəbəkə Protokolu
• Microsoft Office proqramları üzrə uyğun biliklər
• Xarici ölkələrə səfər edə bilmək imkanı

Proqram haqqında məlumat:

- Təcrübə müddəti- 3 ay
- Təcrübə proqramı ödənişlidir (Aylıq-100 AZN)
- Tam iş günü
- Seçilmiş təcrübəçilər iş təklifi almaq şansını qazanacaq
- Təcrübə müddətinin sonunda təcrübəçilər Sertifikatla təltif olunacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Email-in mövzu hissəsində “Yay Təcrübə Proqramı 2019” göstərməyiniz xahiş olunur. Digər mövzulu müraciətlərə baxılmayacaq.