Yayıcı, Metaləritmə zavodu

İşin təsviri

Vəzifənin adı : Yayıcı, Metaləritmə zavodu

Vəzifə öhdəlikləri:

• İşdən əvvəl yayma aqreqatında sazlama işlərini, qəfəslər üzrə bütün maşın mexanizmlərin sazlığına nəzarət edir;
• Metodik sobada qızdırılmış pəstahların texnoloji prosesə uyğun yayılmasını təmin edir;
• İstahsal avadanlıqlarının nizamlanmasında iştirak edir;
• Texnoloji qəza baş verərsə dərhal xəttin saxlanılmasını və qəzanın aradan qaldırılmasını təmin edir.

Təhsil/Təcrübə: 

• Ali texniki təhsil arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst şəkildə danışmaq;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Stressə davamlı və dürüst olmalıdır.

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyat ilə təmin edilmə;
• İş qrafiki: Növbəli;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Yayıcı” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.