Marketinq mütəxəssisi

  • My Broker
  • Elanın qoyulma tarixi: 30.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Komandamıza "Marketinq mütəxəssisi" axtarırıq. #ishvar #işvar

Vəzifə öhdəlikləri:

• Şirkətin marketinq strategiyasını və taktiki planını işləyib hazırlamaq;
• Bazarın təhlili, mövcud rəqabət mühitinin analizini, təhlilini aparmaq;
• Şirkətin xidmətləri (məhsulları) haqqında prezentasiyalar hazırlamaq və təqdim etmək;
• Satış hədəflərinin müəyyənləşdirilməsində iştirak etmək və onlara çatmaq üçün strategiyalar müəyyənləşdirmək;
• Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək;
• Şirkətin strategiyası və marketinq siyasəti çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin etmək;
• Müştəri bazasını genişləndirmək;
• Şirkətin yeni marketinq kampaniyalarının yaradılması, eyni zamanda mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamaq;

Tələblər:

• Yaş həddi: 28-35;
• Ali təhsil: Marketinq, İqtisadiyyat, Menecment və digər yaxın sahələr üzrə olmalıdır
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi olmalıdır (xidmət sahəsində işləməsi arzuolunandır);
• Yüksək analitika və yaradıcılıq qabiliyyəti olmalıdır
• Müştəri yönümlü düşüncə tərzi;
• Özünə inam və əminlik;
• Əla səviyyədə ünsiyyət bacarığı (şifahi və yazılı);
• Qoyulan hədəfləri vaxtında yerinə yetirmək;
• Planlama və sürətli qərar vermə bacarığı;
• Nəticə yönümlü və müstəqil işləmə bacarığı;

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: 1-5 günlər 09:00-dan 18:00-dək, nahar fasiləsi 13:00-14:00, şənbə günü saat 09:00-dan 15:00-dək, istirahət günü bazar günü;
- Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini məktubun mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.