Altair MMC - Satış Assistenti (Kateqoriya Menecerinin Assisteni)
Altair barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://altair.az/ və ya https://www.facebook.com/Altair.Technologies/
VƏZIFƏ ÖHDƏLIKLƏRI:
• Bazar analizi
o Yerli kommersiya çapı avadanlığı bazarının araşdırılması,
o Xarici kommersiya çapı avadanlığı bazarlarının daima öyrənilməsi,
o Yerli reklam və poliqrafiya şirkətlərinin aşkarlanması,
o İş iki hissəyə bölünür. Birinci hissə - yeni əməkdaş
İnternet, Facebook, İnstagram, Sahə gəzinltiləri və şəhər boyu araşdırma, YellowPages, Navigator və digər platformalarda poliqrafiya mərkəzlərinin aşkarlanması,
Tapılmış yeni poliqrafiya şirkətlərinin rəhbərlərinin əlaqə məlumatlarının əldə olunması,
Tapılmış yeni poliqrafiya şirkətlərinin parkları haqqında məlumatın toplanması – hansı marka, model, sayda avadanlıqları var. Hansı sahədə daha aktiv işləyirlər,
Bütün toplanmış məlumatların bazaya doldurulması – statistik məlumatlar və analitik məlumatlar,
• Satışın həyata keçirilməsi – Kateqoriya Meneceri ilə birlikdə:
o Potensial müştərilərlə görüşlər, ziyarətlər, müzakirələr,
o Potensial müştərilərə təkliflərin göndərilməsi,
o Çeşidə daxil olan avadanlığın satışı
o Satılacaq məhsullarla ətraflı tanış olmaq üçün linkə daxil olub, kataloqa baxa bilərsiniz:https://drive.google.com/file/d/0B9Va2A3XzVGjYzhQWFVxaDNmVWU0VnlZUkRNcWYxNEdoS0Y4/view?usp=sharing
Genişformatlı plotter,
Lazer kəsim makinaları,
UV çap maşınları,
Digər yardımçı avadanlıq,
• Marketinq aksiyalarının planlaşdırılması və həyata keçirilməsində iştirak,
• Müvafiq Facebook səhifəsində sorğu və şərhlərin cavablandırılması,
• Lokal və beynəlxalq sərgilərin ziyarət olunması və ezamiyyətlər,
• Şirkət daxilində müvafiq kateqoriya üzrə ekspert olma,
NAMIZƏDƏ DAIR TƏLƏBLƏR:
Təcrübə və Texniki bacarıqlar:
• Ali təhsil
• Rus dili, Azərbaycan dili,
• Ofis proqramlarında iş bacarığı (Excel, PP),
• Satış təcrübəsi üstünlükdür,
• İnternetdə axtarış qabiliyyəti,
Emosional bacarıqlar və vərdişlər:
• Kitab oxuma hobbisi olsa – üstünlükdür,
• İlkin kommunikasiyanı sürətlə yaratmaq qabiliyyəti,
• Ekstravert olsun, ünsiyyati sevən
• Detallara diqqətçil
• Kollektivdaxili münaqişələrə dözümlü olsun, səbrli olsun,
İŞ ŞƏRTLƏRİ VƏ İMKANLARI BARƏSİNDƏ:
• Əmək haqqı ilk 6 ay fix, növbəti aylarda faiz.
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12)
• İş günlərinin sayı 6 gün, şənbə günü 10.00 – 16.00
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq,
Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]