IT xidmətləri bazarında çoxfunksiyalı şirkət olan “ENGINET” şirkəti Azərbaycan İKT və telekommunikasiya xidmətləri bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşır.
“ENGINET” şirkəti eyni zamanda “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. BİRLink FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.
Reception
Vəzifə öhdəlikləri
1) Telefon zənglərinin cavablandırılması və müvafiq məlumatın təqdim olunması
2) Gələn qonaqların qarşılanması;
3) Daxili kommunikativ cədvəlin yerinə yetirilməsinə nəzarət edilməsi;
4) Şirkətin daxili və xarici sənədlərin idarə olunmasının həyata keçirilməsi;
5) Sənəd dövriyyəsinin daxili qaydalara uyğun aparılmasının təmin edilməsi;
6) Zərurət olduqda Rəhbərliyin tapşırığı ilə müvafiq sənədlərin ingilis və ya rus dilinə (yaxud əksinə) tərcüməsinin həyata keçirilməsi;
7) GPS monitorinq sisteminin izlənilməsi, sürücülərə nəzarət edilməsi, hesabatların təqdim edilməsi;
7) Şirkət daxili iclaslarda iştirak və iclas protokollarının tərtibi;
Namizədə olan tələblər:
Təhsil: Orta ixtisas və ya ali təhsil;
Dil biliyi : Azərbaycan/rus- mükəmməl; İngilis-dili- orta
Kompyuter biliyi : MS Office proqramları (Word, Excel, Power Point)
Xasiyyət xüsusiyyətləri: Ünsiyyət qurmaq bacarığı, operativ və dəqiq olmaq, komandada işləmək bacarığı, stressə davamlılıq
E - mail : [email protected]