FRONT-END DEVELOPER
İş barədə məlumat:
1. Yeni proqram proyektlətlərinin yaradılması və inkişaf etdirilməsi
• şirkətin web layihələri üzrə front-end proqramlaşdırma işləri ;
2. Komanda tərkibində işləyə bilmə bacarığı:
• komandanın bütün proyektlərində aktiv iştirak etmək;
• komanda tərkibində proseslərin təhlili və təkmilləşdirilməsində aktiv iştirak etmək;
• komanda qarşısında üzərinə götürülmüş vəzifə və öhdəlikləri təyin edilmiş vaxt ərzində yerinə yetirmək;
• komanda ilə birgə yekunlaşmış proyektin müştəriyə təqdimatında iştirak etmək.
3. Mövcud proyektlərin optimallaşdırılmasına aid tapşırıqlarda iştirak etmək:
• mövcud həllərin təhlil edilməsi;
• təkmilləşdirmə işlərinin aparılması və düzəliş edilmiş kodlara əhatəli şərhlərin yazılması.
4. Tərtib edilmiş funksionalığın test edilməsində aktiv iştirak etmək:
• tərtib edilmiş funksionalığın sərbəst şəkildə test edilməsi;
• tərtib edilmiş funksionalığın test edilməsinə köməkliyin göstərilməsi;
Namizədə tələblər:
- Yaş 24-40
- Minimum 3 il iş təcrübəsi
- Dillər : Azərbaycanca, İngiliscə (Arzuolunandır)
- Məsuliyyətli və diqqətcil
Yaxşı bilməlidir:
- Hər hansı bir dizayn proqramını mükəmməl bilməli (Photoshop, CorelDRAW)
- HTML5, CSS3
- CSS Framework (Less və ya Sass)
- JavaScript, jQuery, AngularJS, ReactJS
- Bootstrap framework
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “FRONT-END DEVELOPER ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətinizə baxılmayacaq.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.