İnsan resursları üzrə mütəxəssis

  • My Broker
  • Elanın qoyulma tarixi: 20.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"My Broker" gömrük təmsilçiliyi  “İnsan resursları üzrə mütəxəssis” vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

• Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması;
• İşə qəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi;
• İşə qəbul hesabatlarının hazırlanması;
• Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanılması və yerləşdirilməsi;
• İşə qəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
• Namizədlər bazasının daim yenilənməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
• CV incələmə, İşə qəbul testlərinin həyata keçirilməsi;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;

Əsas tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə minimum 1 il təcrübə;
• Azərbaycan dili səlis, əlavə dil biliklərinin olması üstünlükdür;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
• İşəqəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.

Şəxsi keyfiyyətlər:

• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyəti;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00, şənbə yarım iş günü
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: razılaşma yolu ilə

Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.