Usta (qaynaq boru istehsalı üzrə)

  • Metak
  • Elanın qoyulma tarixi: 05.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 750 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Usta (qaynaq boru istehsalı üzrə)

İşin təsviri:

• İstehsalat sahələrində müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsini təmin etmək;
• Zavodda istehsalat prosesində bir başa fəaliyyət göstərən işçilərin (fəhlələr, operatorlar) iş prosesinə nəzarət etmək;
• İstehsal olunan malların standartlara uyğun ölçüyə, həcmə, keyfiyyətə uyğun istehsal olunmasına nəzarət etmək və bir başa istehsalat prosesinə cavabdeh olmaq;
• İşçilərə mütamadi texniki təhlükəsizlik qaydaları izah etmək, dəzgah və avadanlıqlardan təhlükəsiz şəkildə idarə edilməsi qaydaları haqqında işçiləri maarifləndirmək ;
• İstehsalat prosesi ilə bağlı bütün sahələrdə sex rəisinə hesabat vermək.

Namizədə tələblər:

• Ali və ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsili arzuolunandır);
• Dəmir metallurgiya istehsalı sahəsində operator kimi minimum 3 il iş təcrübəsi olmalı;
• Mexaniki-texniki bilik və bacarıqları olmalı;
• Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydalarını bilməli;
• Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən verilir
• Nəqliyyat şirkət tərəfindən
• Əmək haqqı danışıq əsasında

Maraqlanan şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=134 və ya [email protected] ünvanına CV göndərərək 06.06.2019–cu il tarixinə kimi müraciət edə bilərlər.