Məlumat idarəetmə sistemləri üzrə mütəxəssis

İşin təsviri

Vəzifə:  Məlumat idarəetmə sistemləri üzrə mütəxəssis

Müddət: 03 may 2019-03 iyun 2019

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Bakı, Azərbaycan

1.  İKA-nın Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

a) Təşkilat üzrə informasiya idarəetmə sistemləri (MİS) üzrə məlumatlar bazasının tərtib edilməsinə nəzarət, onun icra edilməsi və sistem barədə təlimləndirmədə  yardım etmək;
b) Kreditləşmənin informasiya sistemlərinin istismarı və idarəedilməsi üçün məsuliyyət daşımaq;
c) kompüterləşdirilmiş şəbəkənin quraşdırılması üzrə təfsilatı hazırlamaq və kömpüter hissələrinin tədarük etmək;
d) MİS-in Təşkilatın fəaliyyətinin təlabatlarına cavab verdiyinə əmin olmaq;
e) İKA-nın websaytının yeniləşməsinin icrası;
f) MİS-in tərtib edilməsi (və ya qəbul edilməsi), sınaqdan keçirilməsi, inteqrasiyası, istifadəçilərin məmnun olmaları, keyfiyyət cəhətdən səmərəliliyi, təlabatlara cavab verməsi və işləməsi üçün birbaşa məsuliyyəti öz üzərinə götürmək;
g) təşkilatın işçi heyəti tərəfindən göstəricilərin vaxtında və dəqiq təhlil edilməsində, saxlanılmasında və məlumatların paylanılmasında yardım etmək;
h) tələb olunan avadanlıq hissələrinin, əməliyyat sisteminin və məlumatlar bazasının idarəedilməsi üzrə proqram təminatının təchiz edilməsində yardım etmək;
i) kreditləşmənin  keyfiyyətli tətbiq olunmasında yardım edəcək müvafiq texnologiyaları daima izləmək;
j) avadanlıq hissələrindəki problemlərin həll edilməsində yerli təchizatçılarla əlaqə saxlamaq, yeni avadanlıq hissələrini, proqram təminatı məhsullarını və texnologiyaları araşdırmaq və qiymətləndirmək;
k) Istifadəçilərə avadanlıq hissələri və proqram təminatında köməklik göstərmək, həm İKA-nın Baş Ofisi, həm də regional işçilər üçün bütün avadanlıq hissələri və proqram təminatının inventarizasiyasını aparmaq;
l) MİS-ə vaxtaşırı nəzarət etmək və zərurət yaranan zaman dəyişikliklər və ya əlavələr barədə tövsiyyələr vermək;
m) Kompütreləşdirilmiş mühasibatlıq sistemindən istifadə edilməsində və istismarında mühasibatlıq şöbəsinə yardım etmək.

Müddət

Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi ilə 3 ay sınaq müddətinə müqavilə  imzalanacaqdır. Sınaq müddətindən sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) Kompüter sistemləri və informasiya idarəçiliyi üzrə ali təhsil (elmi dərəcənin olmasına üstünlük veriləcəkdir);
c) Məlumatların idarəedilməsi və informasiya sistemlərinin tərtibatı üzrə 2 il iş təcrübəsi;
d) Müasir kompüter və informasiya paketləri üzrə təcrübəyə malik olmaq;
e) Kommunikasiya və şəbəkələrin quraşdırılmasında  yaxşı təcrübəsi olmaq:
f) MSSQL2000 Server, SQL Programlasdirma, Visual Basic, WEB Programlasdirma, LDAP, EMAIL SERVER,  Proqram terminlərində əla bilgili olmaq (Visual Basic, Microsoft Access, və digərləri);
g) Komandada işləmək bacarığı;
h) Az nəzarət ilə müstəqil işləmək bacarığı;
i) İngilis dili bilənlərə üstünlük veriləcəkdir.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi, 21 F,
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03