Məlumat idarəetmə sistemləri üzrə mütəxəssis ( yarım ştat )

İşin təsviri

Vəzifə: 0,5 ştat  Məlumat idarəetmə sistemləri üzrə mütəxəssis

Müddət: 25.01.2019-25.02.2019 saat 18:00 qədər.

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına 0,5 ştat  Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Bakı, Azərbaycan

1.  İKA-nın Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

a) Təşkilat üzrə informasiya idarəetmə sistemləri (MİS) üzrə məlumatlar bazasının tərtib edilməsinə nəzarət, onun icra edilməsi və sistem barədə təlimləndirmədə  yardım etmək;
b) Kreditləşmənin informasiya sistemlərinin istismarı və idarəedilməsi üçün məsuliyyət daşımaq;
c) kompüterləşdirilmiş şəbəkənin quraşdırılması üzrə təfsilatı hazırlamaq və kömpüter hissələrinin tədarük etmək;
d) MİS-in Təşkilatın fəaliyyətinin təlabatlarına cavab verdiyinə əmin olmaq və planlaşdırma, monitorinq və qiymətləndirmə MİS-in ayrılmaz hissəsi olduğundan, Maliyyə, Monitorinq, Kredit üzrə Mütəxəssislərlə  ilə yaxından işləmək;
e) Informasiya formatlarının uyğun və müvafiq olduğuna əmin olmaq məqsədilə İKA-nın bütün işçi heyəti ilə işləmək, kreditləşmədə məlumatların toplanılması və paylanılmasında yardım etmək;
f) İKA-nın websaytının yeniləşməsinin icrası;
g) Kompüterləşdirilməni keyfiyyətli səviyyədə saxlamaq üçün tələb olunan iş xüsusiyyətlərini, təchizat müqavilələrini və xidmətləri tərtib etmək;
h) Idarəçiliyin əsas aspektləri, MİS-dən və kreditləşmə daxilində informasiya texnologiyaları aktivlərindən istifadə üçün İKA Rəhbərinin tələbi üzrə vaxtaşırı iş planları hazırlamaq, buraya habelə göstəricilərin idarəedilməsi, MİS şöbəsinin və onun avadanlıqların və məlumatların qorunması üzrə məsuliyyət də daxildir;
i) MİS-in tərtib edilməsi (və ya qəbul edilməsi), sınaqdan keçirilməsi, inteqrasiyası, istifadəçilərin məmnun olmaları, keyfiyyət cəhətdən səmərəliliyi, təlabatlara cavab verməsi və işləməsi üçün birbaşa məsuliyyəti öz üzərinə götürmək;
j) MİS-i davamlı qiymətləndirmək və onun təlabatlara cavab verdiyinə əmin olmaq məqsədilə layihənin işçi heyəti və digər layihə payçıları ilə məsləhətləşmək;
k) təşkilatın işçi heyəti tərəfindən göstəricilərin vaxtında və dəqiq təhlil edilməsində, saxlanılmasında və məlumatların paylanılmasında yardım etmək;
l) tələb olunan avadanlıq hissələrinin, əməliyyat sisteminin və məlumatlar bazasının idarəedilməsi üzrə proqram təminatının təchiz edilməsi və quraşdırılması üçün tender sənədlərinin hazırlanmasında İKA-ya yardım etmək;
m) kreditləşmənin  keyfiyyətli tətbiq olunmasında yardım edəcək müvafiq texnologiyaları daima izləmək;
n) avadanlıq hissələrindəki problemlərin həll edilməsində yerli təchizatçılarla əlaqə saxlamaq, yeni avadanlıq hissələrini, proqram təminatı məhsullarını və texnologiyaları araşdırmaq və qiymətləndirmək;
o) Informasiya texnologiyaları üzrə xüsusi sahələr barədə təlim modulları hazırlamaq və təmin etmək;
p) Istifadəçilərə avadanlıq hissələri və proqram təminatında köməklik göstərmək, həm İKA-nın Baş Ofisi, həm də regional ofislər üçün bütün avadanlıq hissələri və proqram təminatının inventarizasiyasını aparmaq;
q) MİS-ə vaxtaşırı nəzarət etmək və zərurət yaranan zaman dəyişikliklər və ya əlavələr barədə tövsiyyələr vermək;
r) Kompütreləşdirilmiş mühasibatlıq sistemindən istifadə edilməsində və istismarında mühasibatlıq şöbəsinə yardım etmək.

Müddət

Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi ilə 3 ay sınaq müddətinə müqavilə  imzalanacaqdır. Bu müqavilə üzrə ilk 3 aydan sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) Kompüter sistemləri və informasiya idarəçiliyi üzrə ali təhsil (elmi dərəcənin olmasına üstünlük veriləcəkdir);
c) Məlumatların idarəedilməsi və informasiya sistemlərinin tərtibatı üzrə 2 il iş təcrübəsi;
d) Müasir kompüter və informasiya paketləri üzrə təcrübəyə malik olmaq;
e) Kommunikasiya və şəbəkələrin quraşdırılmasında  yaxşı təcrübəsi olmaq:
f) MSSQL2000 Server, SQL Programlasdirma, Visual Basic, WEB Programlasdirma, LDAP, EMAIL SERVER,  Proqram terminlərində əla bilgili olmaq (Visual Basic, Microsoft Access, və digərləri);
g) Komandada işləmək bacarığı;
h) Az nəzarət ilə müstəqil işləmək bacarığı;
i) Ingilis dili bilənlərə üstünlük veriləcəkdir.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi “! F,
Xahiş olunur bank sahəsində təcrübəsi olmayan şəxslər müraciət etməsinlər
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03