Elektronçu

  • Company
  • Elanın qoyulma tarixi: 02.05.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Elektronçu

Namizədə tələblər:

• Müvafiq sahədə təhsil arzuolunandır (radioelektronika, elektron avadanlıqlarının təmiri)
• Müvafiq sahədə 5 ildən artıq iş təcrübəsi
• Yaş həddi: 25– 45
• Azərbaycan dili səlis, rus və dili texniki səviyyədə
• Radioelementlər haqqında baza bilikləri
• Elektrotexniki sahədə biliklər
• Lehimləyici avadanlıqla  professional işləmə bacarığı
• Elektron avadanlıqların sxemlərini oxuma bacarığı
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı

Öhdəliklər:

• İstehsalat avadanlıqlarının təmiri və diaqnostikası,
• Elektron avadanlıqların modul və komponent səviyyəsində təmiri,
• Avadanlıqların sıradan çıxmış detallarının lehimləmə səviyyəsində təcili və keyfiyyətli təmiri,
• Elektron avadanlıqların istifadə qaydası üzrə təlimatların hazırlanması
• Elektron avadanlıqların texniki vəziyyətinin yoxlanılmasında iştirak
• Təmir olunmuş elektron avadanlıqlara texniki baxışın keçirilməsi

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftəlik 5 iş günü
• Nahar ilə təmin edilmə
• Nəqliyyat ilə təmin edilmə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Elektronçu” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətinizə baxılmayacaq.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.