Satış təmsilçisi

İşin təsviri

Vakansiyanın adı: Satış təmsilçisi

Öz karyerasını bizim şirkətdə qurmaq istəyən gənclərin nəzərinə!
Ali məktəbi yeni bitirmisiniz və təcrübəniz olmadığı üçün iş tapa bilmirsiniz? O zaman siz bizə qoşulmaq yolunda ilk addımınızı ata bilərsiniz.  Bunun üçün CV-lərinizi  [email protected] mail ünvanına  “Satış təmsilçisi” başlığı ilə göndərə bilərsiniz.

Biz kimik?

West  Product  Marketing”  MMC 2003-cü ildən etibarən fəaliyyət göstərir  və  Azərbaycanda ən böyük  və aparıcı distribyutor şirkətlərindən biridir.

Şirkət Yeni Zelandiyanın “Westland  Milk  Products” ,  Fransanın “Flechard  SAS”,  Almaniyanın “DMK GmbH”,  Ukraynanın “Kernel Group”, Rusiyyanın “Mamruko”,  Türkiyənin “Acemoğlu Qida”  və “Acarsan Holding”  şirkətlərinin Azərbaycanda rəsmi idxalçısıdır.
Ø WESTGOLD, GOLDEN CROWN, WESTPRO, FRENCH COW, GERDA, OLDENBURGER markalı ekoloji təmiz, 100% inək südündən hazırlanmış təbii kərə yağları, Ø OLDENBURGER markalı Gauda və Tilsiter pendir, Ø SUN PALERMO və STOJAR markalı tam təbii günəbaxan və qarğıdalı yağları, Ø ÖNCÜ markalı təbii zeytun, Ø ÖNCÜ markalı ketçup, pomidor və bibər tomatları, Ø BANETTİ markalı makaronlar.

Məhsullarımız yüksək keyfiyyət göstəricilərinə görə bütün beynəlxalq standartlara cavab verir. Halal və Kosher sertifikatları mövcuddur.
Şirkətimizin əsas məqsədi müştəriləri hər zaman yüksək keyfiyyətli qida məhsulları ilə təmin etmək və müştəri məmnuniyyəti yaratmaqdır.

Əsas Vəzifələr:

1) Ali iqtisadi təhsil
2) Azərbaycan dili yüksək səviyyədə (rus dili arzuolunandır)
3) Komputerdə işləmək bacarığı
4) Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur
5) İşində tam məsuliyyətli olan şəxslər
6) Yaş: 22-35
7) Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir
8) Kişi namizədlərə üstünlük veriləcək

İş barədə məlumat

- Supervayzerin verdiyi tapşırıqları yerinə yetirmək
- Ofisdən kənar satışın aparılması
- Satış nöqtələrində sifarişlərin qeydə alınması və qaimələrin yazılması
- Məhsulları yüksək səviyyədə təqdim etmək
- Mövcud müştərilərlə daimi əlaqədə olmaq
- Yeni müştərilər axtarmaq və qiymətləndirmək
- Günün sonunda satış hesabatlarını hazırlamaq və bölgə müdirinə təhvil vermək
- Yerli bazarı daim araşdırmaq

Bizim sizə təklifimiz:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;

CV-ləri [email protected] mailinə “Satış təmsilçisi” başlığı ilə göndərə bilərsiniz.

West Product Marketing tərəfindən digər vakansiyalar