Mağaza meneceri

İşin təsviri

NOVCO Şirkətlər Qrupu 20 ildir ki,  Azərbaycanda moda/pərakəndə satış sahəsidə fəaliyyət göstərir. Şirkətimiz  ölkəmizin sərhədləri ilə məhdudlaşmayaraq Türkiyədə və Gürcüstanda bir neçə Dünya bendlərini təmsil edir. Coccinelle, Coast, Tommy Hilfiger, Lacoste, Bebe, Adidas, Monnalisa, Pablosky, Adl, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi tanınmış geyim və aksesuar brendlərini özündə birləşdirir.

NOVCO səmimi kollektivi, karyera perspektivi, ədalətli idarəetmə prinsipi və dayanıqlığı ilə digər şirkətlərdən fərqlənir.

“Bizim komandaya sən də qoşul!”

Vəzifə: Mağaza meneceri / Shop Manager

Vəzifə öhdəlikləri:

- Mağazaya təyin edilən satış hədəfinə çatmaq
- Satış heyətinin idarə edilməsi
- İşçilərə daxili təlimlərin verilməsi
- İşçilərin iş qrafikinin qurulması və nəzarəti
- Marketinq fəaliyyətlərində əlaqəli şöbələrlə sıx əməkdaşlıq etmək

Tələblər

- Moda və satış sahəsində əlaqəli iş təcrübəsi
- İdarəçilik qabiliyyəti
- Vaxtın idarə edilməsi
- Analitik düşüncəli
- Rus və İngilis dili biliyi arzuolunandır

Əmək şəraiti:

- 2 növbədən ibarət olmaqla 8 saatlıq iş qrafiki
- Nahar Şirkət tərəfindən ödənilir
- Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

Vakansiyaya uyğun olan namizədlər  CV-lərini [email protected]   ünvanına  mövzu yerində “Mağaza meneceri” yazaraq göndərə bilərlər.

İşəgötürənin reytinqi