Mühasib - Təcrübəçi

İşin təsviri

Vəzifə: Mühasib - Təcrübəçi

Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
İş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
Maaş: AZN 450-550

Namizədə Tələblər:

 Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
 İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil
 Yaş həddi 21-30
 MS Office – Word və Excel proqramı bilikləri
 Rus və İngilis dilləri bilikləri üstünlükdür
 Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
 Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
 Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.

Əsas Vəzifə Öhdəlikləri:

Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:

• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.

CV-ləri [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə “Mühasib - təcrübəçi” qeydi zəruridir