Front-End Developer

  • Code Academy
  • Elanın qoyulma tarixi: 14.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir. Haqqımızda daha ətraflı məlumatı www.code.edu.az saytından ala bilərsiniz.

Front-End Developer

İşin təsviri:

Code Academy bu sahədə ən azı 1 il iş təcrübəsi olan istedadlı Front-End Developer axtarışındadır. İş qrafiki sərbəstdir.

Tələb olunan bilik və təcrübə:

o Javascript (ES6, ES7)
o React (16+)
o Redux
o HTML5 (DOM Api)
o CSS3

Bu biliklərə sahib olmaq üstünlükdür:

o Docker
o Git
o Bash(basic Linux commands)

Axtardığımız qabiliyyətlər:

o Yeni proyektlərin inkişafı və idarəsi, mövcud proyektlərə innovasiyaların tətbiqi
o Analitik düşünmə qabiliyyəti, məsələni araşdırıb dərhal uyğun qərar vermə bacarığı

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini, onlar haqqında rəy bildirəcək 2 nəfərin əlaqə vasitələrini (email və telefon nömrəsi) və öz portfolioları haqda qısa məlumatı GitHub hesabı ilə birgə göndərsinlər. Başlıq və işə nə üçün maraqlı olduğunuzu ifadə edən bir paraqraf yazılmayan rezümelərə baxılmayacaq. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.