Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə)

  • SMTS
  • Elanın qoyulma tarixi: 14.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə)

Vəzifə öhdəlikləri:

1. Planlama mühəndisi bir başa Satınalma və planlama menecerinə tabedir.
2. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
3. Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
4. Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
5. Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
6. Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
7. Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
8. Gecikən işlərin yenidən planlanması;
9. Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
10. Müqavilə paketlərinə görə aralıq ödəmə sertifikatlarının hazırlanması;
11. Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması.

Namizədə olan tələblər:

• İnşaat və ya layihə idarəetmə üzrə ali təhsil
• Planlama Mühəndisi (Tikinti qurlaşdırma işləri üzrə) olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
• Azərbaycan, Rus və İngilis dilləri əla səviyyədə bilməli
• MS Office, Primavera P6, MS Project 2010
• Problem həll etmə, analitik düşünmə qabiliyyəti
• İşgüzar ünsiyyət bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-40
- Əmək haqqı 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.