Yay təcrübə proqramı

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 08.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

YAY TƏCRÜBƏ PROQRAMI

Tələbələrin elmi-texniki biliklərinin artılırması və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə NORM MMC 2019-cu il üçün ödənişli «Yay təcrübə proqramı»nı elan edir. Yay təcrübə proqramı sizə öyrəndiklərinizi tətbiq etmək və iş yerində təcrübə qazanmaq imkanı yaradır.

Şirkət haqqında

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Zavodda hal-hazırda dörd çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

Kimlər müraciət edə bilər:

Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə tədris müəsisəsinin III və IV kurslarında və ya magistr pilləsində təhsil alan şəxslər qatıla bilərlər:

- Mexanika mühəndisliyi/Texnoloji maşın və avadanlıqlar mühəndisliyi
- Eletrik / Elektronika/ Proseslərin avtomatlaşdırılması
- Sənaye mühəndisliyi/ Mühəndis iqtisadiyyatı və idarəetmə
- Geologiya
- Kimya mühəndisliyi/Kimya texnologiyası
- Tikinti materiallarının texnologiyası
- İnşaat mühəndisliyi
- Əməyin mühafizəsi / Ekologiya
- Hüquq
- İnformasiya texnologiyaları/Kompüter mühəndisliyi/Kompüter elmləri
- Maliyyə/ Mühasibat uçotu və audit
- Nəqliyyatın təşkili və idarəedilməsi
- İqtisadiyyat
- Biznesin idarəolunması

Şərtlər:

İş qrafiki: Standart (5 günlük)
Müddət: 1-3 ay
Əlavə olaraq: Nahar və nəqliyyat xidməti

Qeyd: Təcrübə proqramı ödənişlidir

Tələblər:

- Təcrübə proqramına müraciət forması*
- Norm Sement zavodunda təcrübə keçməkdə məqsədi və gələcək karyera planlarını əks etdirən məlumat (Niyyət məktubu)*
- Tələbə/Magistr olduğunu təsdiq edən sənəd (tələbə biləti)*
- Elmi işlərin siyahısı (əgər varsa)
- İştirak etdiyi əlavə kurs və ya təlimləri təsdiqləyən sənəd (əgər varsa)
- Magistrlər üçün – bakalavr diplomunun surəti*
* Bu tələbləri qarşılamaq zəruridir.

Müraciətlər

Müraciətlərinizi 3 may 2019-cu il tarixinədək [email protected] email ünvanına mövzu hissədə “Internship” qeyd edərək göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi