Memar (Layihə – Smeta qrupu)

  • SMTS
  • Elanın qoyulma tarixi: 07.04.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Memar (Layihə –Smeta qrupu)

Vəzifə öhdəlikləri:

- Tikinti obyektlətrinin layihələndirilməsi, layihə sənədlərinin (cizgilər, iş həcmləri cədvəli, hesabatlar) hazırlanması. Layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
- Mühəndis layihələrinin bir-biri ilə əlaqələndirmə, layihədə olan uyğunsuzluqları aradan qaldırmaq;
- İşçi layihələrin hazırlanması, işçi layihələrinə dəyişikliklər etmək, layihələri dizayn etmək, planlaşdırmaq və həyata keçirmək; texniki əsaslandırılmış normaların tətbiq edilməsi;
- İş prosesinə nəzarət etmək, xərcləri hesablamaq, razılaşdırılmış plan əsasında nəticələri dəyərləndirmək, təhlükəsizlik və keyfiyyət idarəetmə sistemlərini tətbiq etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
- Tikinti materialları, struktur, mexaniki və elektrik sistemi kodları və tətbiq üsulları biliklərinə malik olmalı; Layihələrin interyer işlənilməsi, işıqlandırma və digər müxtəlif daxili və xarici seçimləri təmin etmək.
- Ərazi abadlıq və yaşıllaşdırma (landşaft) işlərinin işlənilməsi;
- Verilən layihənin tikintidə (müəllif) nəzarətinin aparılması (daxili bölgülər)
- Dövlət qrumları ilə razılaşmalar.
- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Namizədə olan tələblər:

- Memarlıq ixtisası üzrə ali təhsil
- Memar olaraq ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- AutoCAD, ArchiCAD, 3D Max, Corel Draw, Microsoft Office proqramlarını bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək)
- Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
- Komandada işləmək bacarığına sahib olmalı
- İşgüzar ünsiyyət bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-55
- Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək
- Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində [email protected] elektron ünvanına mövzu yerinə “Memar (Layihə –Smeta qrupu)” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.