SƏTƏM və KİS üzrə təlimçi (Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsi)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 10.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: SƏTƏM və KİS üzrə təlimçi  (Daşkəsən rayonu, Çovdar filiz emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Təlim ehtiyaclarını müəyyənləşdirmək;
• İllik təlim planı və təqvimi hazırlamaq;
• Davamlı təlim materiallarını hazırlamaq;
• Plan və təqvimə əsasən gündəlik təlimləri keçmək;
• Keçirilmiş təlimlərin effektliliyini yoxlamaq;
• Struktur bölümlərdə vaxtaşırı təlimatlandırmaların keçirilməsi, təlimat jurnallarını yoxlamaq;
• Həftəlik, aylıq keçirilmiş təlimlər və biliklərin yoxlanılması ilə bağlı şöbə müdirinə hesabat vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Mükəmməl nitq və auditoriyanı ələ almaq qabiliyyəti;
• Təqdimat hazırlamaq və təqdimetmə bacarığı;
• Azərbaycan Respublikasının qanunvericiliyini (Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, SƏTƏM sahəsində təsdiq edilmiş AR-nin Qanunları, normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr) bilməli;
• Təlimçi sertifikatı olmalı;
• İşə icazə sistemi barədə məlumatlı olmalı;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "SƏTƏM və KİS üzrə təlimçi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi