Geoloji kəşfiyyat şöbəsi, Geoloq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 25.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Geoloji kəşfiyyat şöbəsi, Geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Əsas vəzifə və öhdəliklər:

• Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələrinin araşdırılması və potensial sahələrin müəyyənləşdirilməsi;
• Kameral şəraitdə layihələrin hazırlanması;
• Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərinin yerinə yetirilməsi;
• Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi;
• Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi, müxtəlif təyinatlı cizgi, sxem, xəritə və planların eləcə də kəsilişlərin tərtibi;
• Müasir proqram təminatlarından istifadə edərək müxtəlif elementlər üzrə anomaliyaların hazırlanması;
• Əldə edilmiş nəticələr əsasında proqnoz ehtiyatların hesablanması;
• Tələb olunan digər tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər;
• Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında ətraflı biliklər;
• Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında ətraflı biliklər;
• Yerüstü xəritəalma vərdişlərinə sahib olmaq (GPS-dən sərbəst istifadə etmək);
• Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı;
• Çöl şəraitində yaşamaq və işləmək bacarığı;
• Yüksək dağ şəraitində işləmək bacarığı;
• Microsoft Office (xüsusən də Excel) proqramları ilə işləmək bacarığı;
• 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) işləmək bacarığı;
• 3 ölçülü modelləşdirmə proqram təminatında işləmək bacarığı (filiz kütləsi üzrə ehtiyatların hesablanması);
• Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində orta səviyyəli danışıq və yazı qabiliyyəti;
• Çöl şəraitində yerinə yetirdiyi işlər haqqında müfəssəl hesabat tərtib etmək vərdişi;
• Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq " Geoloq" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi