Aparıcı mühasib

İşin təsviri

Performance Center Co” MMC (Chevrolet Azərbaycan)  “Aparıcı mühasib” vakansiyası. 

Vəzifə təlimatları:

- İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
- Maliyyə hesabatlarının tərtib olunması;
- Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
- İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
- Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Vəzifə ilə bağlı tələblər:

- Ali iqtisadi təhsil;
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
- MS Office proqramlarını bilməli ;
- 1C 8.3 proqramı ilə işləmək bacarığı;
- Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
- Təhlil qabiliyyətinin olması (mühasibatlıq);

Əlavə məlumat:

- İş günləri: həftədə 6 gün
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: 900-1100 ₼

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!