PROLINK CASPIAN MMC “Mühasib” vakansiyası elan edir.
İşçiyə qoyulan tələblər:
• İqtisadiyyat, maliyyə və ya mühasibat sahəsində ali təhsil;
• Aidiyyatı sahədə 1 ilə qədər iş təcrübəsi
• Kompyuter bacarıqları: Microsoft Office, 1C 8.3 mühasibatlıq proqramı. BTP, EFP proqramları ilə işləmə bacarığı. İnternet Bankinglə online ödənişləri həyata keçirmə bacarığı;
• Dil bilikləri: Azərbaycan dili - doğma, İngilis dili – yaxşı, Rus dili - yaxşı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı.
Cinsi: Kişi
Vəzifə öhdəlikləri:
• Xarici və yerli ödənişləri həyata keçirmək
• Gündəlik Bank və Depozit hesablar üzrə pul vəsaitlərinin hərəkətinin 1 C proqramına daxil edilməsi;
• 1 C proqramında kassa əməliyyatlarının aparılması;
• Debitor borcları - hesab fakturaları hazırlamaq (o cümlədən, onlayn VHF ləri və elektron qaimələri göndərmək), hesab fakturaları 1 C proqramında tanıtmaq və onları nəzarətdə saxlamaq;
• Debitor kreditor hesablarının hərəkətinə nəzarət etmək.
• Baş mühasibin və rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
• Stabil iş
• AR ƏM əsasən rəsmiləşdirmə
• Əmək haqqı 600-800 AZN
• İcbari sığorta
• Tibbi siğorta
• İş vaxtı: 8.00 – 17.00 (bazar ertəsi – cümə)
• İstirahət günləri: şənbə, bazar, bayram günləri
• Korporativ nəqliyyat
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.