Xarici Əlaqələr üzrə Təchizatçı

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL Tech şirkəti 2013-cü ildə təsis edilmişdir. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər.

Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

ATL Tech Xarici Əlaqələr üzrə Təchizatçı vakansiyasını açıq elan edir.

Hesabat verir: Departamentin rəhbərinə / Direktora.

İşin təsviri və öhdəliklər:

 Şirkətin xarici satınalmalarının təşkili;
 Sənədlərin dövriyyəsi;
 Yerli və xarici bazarların araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
 Sifariş olunan materialların  qısa müddətdə çatdırılmasına nəzarət;
 Bazarın qiymətlərin mütəmadı yoxlanılması;
 Topdan satış və ixtisaslaşmış satış məntəqələrlə əməkdaşlığın qurulması;
 Rəhbərliyin tələblərinə uyğun hesabatların hazırlanması;
 Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
 Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;

Tələb olunan bacarıqlar:

 Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət bacarıqları;
 Müvafiq sahə üzrə ali təhsil, xarici təhsil arzuolunandır;
 Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı və danışıq bacarıqları;
 Komanda ilə işləmə bacarıqları;
 Özünü inkişafa meyilli;
 Minimum 2 il iş təcrübəsi.

Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.