Mühasib

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Mühasib

Tələblər:

- Yaş həddi: 25-40
∙ Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Azərbaycan, Rus və İngilis dillərini bilməsi arzuolunandır
∙ 1C (8.3) proqramında işləmək təcrübəsi mütləqdir

Vəzifələr:

 Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
 Vergi və mühasibat uçotunun aparılması;
 Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
 Debitor və kreditor hesablaşmaların aparılması;
 Əmək haqqı, məzuniyyətlərin hesablanması;
 Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
 Mal-materialların uçotunun aparılması;
 İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
 Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
 Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
 Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
 Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
 Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

• Əmək haqqı: 500-800 AZN;
• AR əmək məcəlləsinə əsasən sənədləşmə

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən  mövzu yerinə “Mühasib”  qeyd edib CV lərini  [email protected]  elektron ünvanına göndərməkləri xahiş olunur.

İşəgötürənin reytinqi