Kredit Anderraytinqi Departamenti, Riteyl Şöbəsi, Hesabatlılıq üzrə Mütəxəssis, Aparıcı mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 12.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Riteyl Şöbəsində Hesabatlılıq üzrə Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• İstehlak kredit portfeli üzrə hesabatların hazırlanması;
• İstehlak kreditləri üzrə qaydalarla bağlı təkliflər vermək;
• Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;
• Pərakəndə satış üçün təklif olunmuş yeni bank məhsullarının təkmilləşdirilməsində iştirak etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• Hesabatların tərtib edilməsi sahəsində iş təcrübəsi;
• Yüksək səviyyədə MS Excell üzrə biliklərin olması;
• Məlumatların təhlili və düzgün təqdimat bacarıqlarına malik olmaq;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• Təzyiqə davamlılıq və sərbəst işləmə qabiliyyəti;
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank sahəsində müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.

CV-lərinizi, mövzu hissəsində “Riteyl - Hesabatlılıq” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşəgötürənin reytinqi