3D modelləşdirmə və vizualizasiya - müəllim

  • Code Academy
  • Elanın qoyulma tarixi: 11.02.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir. Code Academy-nin məqsədi Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirmək, fərdi və peşəkar inkişafı üçün onları lazımi məlumatlarla və praktiki vərdişlərlə təmin etməkdir.

Code Academy-nin təhsil strategiyasının əsas məqsədlərindən biri qlobal bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Sektorun dəyişən ehtiyaclarını qiymətləndirmək üçün şirkət rəhbərləri ilə davamlı ünsiyyətdə olan Code Academy bu sahənin gözləntilərinə uyğun təcrübəli mütəxəssislər yetişdirir. Code Academy Azərbaycanda Autodeskin yeganə rəsmi Akademik Partnyoru və Təlim Mərkəzi statusuna sahibdir.

Code Academy-də 3D Modelləşdirmə və Vizualizasiya bölməsi sahənin peşəkarlarını Müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Biz peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili və təşəbbüskar müəllimlər axtarırıq. Əmək haqqı namizədin göstəricilərinə bağlıdır və işə götürüləcək müəllimin yeni başlayan tələbələri öyrətməsi gözlənilir.

3D MODELLƏŞDİRMƏ VƏ VİZUALİZASİYA — MÜƏLLİM

İşin təsviri və öhdəliklər:

● Tədris iş yükü müqavilədən asılı olaraq həftədə ən azı 1 qrup, ən çox 3 qrupdur;
● İş saatları namizədin cədvəlinə uyğun olaraq səhər, axşam və / və ya həftəsonu qrupları ilə uyğunlaşdırılır;

Namizədlərə olan tələblər:

● Autocad, 3ds Max, V-ray proqramlarını mükəmməl bilmək;
● 3D modelləşdirmə, interyer dizayn nəzəriyyəsini və təcrübə biliklərini tələbələrə aşılama bacarığı;
● Code Academy kurrikulumunun tələb və qaydalarına əsasən dərs proqramını hazırlamaq və inkişaf etdirmək;
● Dərs və lab saatlarında vaxtında iştirak etmək və tədris materialına əsasən işləmək;
● Tələbələrin suallarına və tapşırıqlarına vaxtında düzgün cavab və rəy bildirmək;
● Tələbələrin dərsdə iştirak və fəaliyyətinin mütəmadi qiymətləndirilməsini müvafiq sistemə əsasən həyata keçirmək;

Tələb olunan bilik və təcrübə:

● 3D modelləşdirmə, interyer dizayn sahəsində minimum 5 il iş təcrübəsi;
● Azərbaycan dilində yazılı və şifahi dil bacarıqları, ingilis dilini bilməsi üstünlükdür;
● Müəllimliyi və ya öyrətməyi sevməsi və öz üzərində bu sahədə daim yeniliklər etməsi.

Əlavə olaraq dərs proqramı hazırlamaq və dərs keçmək sahəsində təcrübəsinin olması arzuolunandır.

Özünü bu vakansiyaya uyğun hesab edən namizədlər [email protected] ünvanına başlıqda vəzifənin adı olmaqla öz rezümelərini və portfoliolarını göndərməlidir. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Code Academy rəqabətli məvacib və yüksək standartlara uyğun iş şəraiti təklif edir.
Code Academy haqqında daha ətraflı məlumat üçün www.code.edu.az saytına daxil olun.

Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə
+994125552525 | Mobil: +994504442633