Promouter – satış mütəxəssisi

İşin təsviri

Promouter – satış mütəxəssisi tələb olunur

Şirkət: DryMatic quru təmizləmə və çamaşırxana şirkəti

Əsas vəzifə öhdəlikləri:

• Şirkətin satış və reklam planına uyğun olaraq müştəri kütlələrinə məlumatların verilməsi (reklam daşıyıcılarının paylanması və s.)
• Korporativ müştərilərlə (otellər, restoranlar və s.) birbaşa görüşlərin keçirilməsi
• Əməkdaşlığa başlanılmış müştərilərlə müqavilələrin bağlanması
• Korporativ müştərilərdən daxil olan sorğuların rəhbərliyə çatdırılması və cavablandırılması

Namizədə qarşı tələblər:

• Xanımlar və bəylər müraciət edə bilər
• Yaş aralığı: 20-35 yaş
• Azərbaycan və Rus dillərində səlist danışıq və ünsiyyət bacarığı (İngilis dili əlavə üstünlük hesab olunacaq)
• Ofis proqramlarında işləmə bacarığı
• Təhsili: Orta ixtisas və ya ali
• Satış sahəsində ən azı 1 illik iş təcrübəsi

İş ilə bağlı məlumatlar:

• İş saatı: 10:00 – 19:00
• İstirahət günü: Bazar günü
• Əmək haqqı: 200 AZN + cəlb olunmuş müştəriyə əsasən bonus

Əlaqə:

• Şəkilli CV-lər [email protected] ünvanına göndərilməlidir. Mailin “mövzu” hissəsində vəzifənin adı qeyd olunmalıdır
• CV-lər baxıldıqdan sonra əgər ilk mərhələ üçün uyğun olarsa namizədə şirkət tərəfindən zəng ediləcəkdir

DryMatic quru təmizləmə və çamaşırxana şirkəti tərəfindən digər vakansiyalar